Əsəd seçkilərdə qalib gəldi ABŞ isə nəticələri tanımadı

Əsəd seçkilərdə qalib gəldi ABŞ isə nəticələri tanımadı

Suriya Konstitusiya Məhkəməsi ölkədə keçirilən prezident seçkilərində iştirak edənlərin sayını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3,5 ildir vətəndaş müharibəsinin yaşandığı Suriyada seçkilərdə iştirak edənlər əhalinin 73,4 %-ni təşkil edib. Müşahidəçi qismində seçkiləri izləyən Rusiya, İran, Venesuela, Şimali Koreya və digər ölkələrin nümayəndələri seçkilərin sakit şəraitdə və müzakirəyə səbəb olmayacaq qədər ədalətli və demokratik şəkildə keçirildiyini bildiriblər.

Bəşər Əsədin təşkil etdiyi Suriya İnsan Haqqları Müşahidəçi qrupu da seçkilər əsnasında qarşıdurma yaşanmadığını açıqlayıb.

Suriya Xalq Məclisinin sədri Məhəmməd Cihad əl Lahham Bəşər Əsədin 10 milyon 319 min 723 səs toplayaraq yenidən dövlət başçısı seçildiyini deyib: "Əsədin əsas rəqibləri olan Həsən ən-Nuri 500 min 279 səs, Mahir Abdulhafiz Haccar isə 372 min 301 səs toplayıb".

Qeyd edək ki, ABŞ xarici işlər naziri Con Kerri Suriyada təşkil edilən seçkinin nəticəsinin Ağ ev tərəfindən tanınmadığını deyib. Avropa İttifaqı isə hadisəni "Seçki komediyası"na bənzədib.

Bütün xəbərlər Facebook səhifəmizdə