Britaniyalı dənizçi Malayziyaya məxsus MH370 nömrəli sərnişin təyyarəsinin Hind Okeanına düşməzdən öncə yandığını deyir. Bu barədə İngiltərənin "İndependent" qəzeti məlumat yayıb. Avstraliyanın Mərkəzi Koordinasiya Agentliyinə məlumat verən dənizçi qadın 41 yaşlı Katerine Tinin açıqlaması qalmaqal yaradıb. Agentlik onun bildirdiyi ərazidə heç bir şey tapılmadığını deyir. Hadisənin baş verdiyi vaxt Katerine Hind Okeanının İndoneziya sahillərində şəxsi yaxtasında istirahət edirmiş.
Agentlik qadının dediklərini təkzib edərək, radarlarda həmin vaxtda belə bir olayın qeydə alınmadığını deyir. Başqa bir mənbədə isə həmin vaxt GPS vasitəsi ilə Okeana meteor düşməsinin aşkar edildiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB