Hindistanın kənd təsərrüfatı naziri yol qəzasında həyatını itirib
Hindistanın kənd təsərrüfatı naziri yol qəzasında həyatını itirib. "Reuters"in xəbərinə görə, 64 yaşlı nazir Gopinath Munde qələbə mitinqinə qatılmaq üçün gedərkən onun avtomobili qəzaya düşüb. Xəstəxanaya aparılan nazirin həyatını xilas etmək mümkün olmayıb.
G.Munde son illər Hindistanda avtomobil qəzasında həyatını itirən üçüncü tanınmış siyasətçidir. Konqres Partiyasından olan keçmiş nəqliyyat naziri Rajeş Pilot 2000-ci ildə, keçmiş əmək naziri Sahib Sinqh Verma isə 2007-ci ildə qəzada həlak olub.
Mərhum nazir Munde yeni seçilən baş nazir Narendara Modinin ən yaxın müttəfiqlərindən hesab olunurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB