ABŞ Dövlət Katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Rusiyadan Ukraynaya göndərilən xarici, xüsusilə də çeçen döyüşçülər barəsində narahatlığını bildirib. SİA-nın verdiyi xəbərə görə, Kerri telefon danışığı zamanı vurğulayıb ki, Moskva Ukraynadakı separatçıları dəstəkləməkdən vaz keçməli və onları silahı yerə qoymağa çağırmalıdır.
Oxşar bəyanatla Ağ Evin rəsmi nümayəndəsi Cey Karney də çıxış edib və bildirib ki, Ukraynanın şərqindəki qarışıqlıq xaricdən yardım alır: "Bizi Ukraynanın şərqində zorakılığın davam etməsi, o cümlədən 14 nəfərin ölməsi ilə nəticələnən Ukrayna vertolyotunun vurulması xəbəri narahat edir".
Qeyri rəsmi məlumatlarda bildirilir ki, Donetskdə ölən hərbçilərin meyitləri Çeçenistana gətirilib. Məlumata görə Çeçenistana 35-45 arası meyit gətirilib.
Donetskə qafqazlı hərbçilərin göndərilməsi xəbərini çeçen lideri Ramzan Kadırov təkzib edib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB