12 min milis işdən çıxarıldı

"Onlar patronlarını ekstremistlərə satırmışlar"
12 min milis işdən çıxarıldı

Ukraynada vətənə xəyanətə görə 12 min qanun keşikçisi işdən çıxarılıb. Bunlar Krımda çalışan milis işçiləridir. Bu haqda Ukrayna Daxili İşlər nazirinin müavini Sergey Çebotar bu gün keçirdiyi brifinqdə məlumat verib

"Yalnız bir Krımda xəyanət etdikləri üçün 12 min insan milis sıralarından xaric edilib. Bu gün biz Pridneprovsk dəmir yolundan 250 insan çıxardıq. Bu gün biz xəyanətə görə Luqansk və Donetsk vilayətindən olan əməkdaşları da işdən çıxarırıq. Təəssüflər olsun ki, ilk xainlər daxili işlər idarələrinin əməkdaşlarıdır. Bu cür kadrları dərhal sıralarımızdan xaric edəcəyik. Bizdə sağlam quvvələr çoxluq təşkil edir", - deyə Sergey Çebotar bildirib.

O həmçinin qeyd edib ki, "Bizdə, hətta Ternopol və Lvov vilayətlərində də xainlər oldu".

"Odessa vilayətinə səfərimiz zamanı biz ekstremistlərlə bağlılığı olan təxminən on nəfəri işdən çıxardıq. Onlar patronları ekstremistlərə satırmışlar", - deyə Ukrayna DİN-nin müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə