Slavyanskı işğal edən separatçılar şəhərdəki kimyəvi maddələri partlatmaqla əhalini kütləvi şəkildə zəhərləyib, günahını Ukrayna hakimiyyətinin üstünə atmaq istəyirlər. Bu barədə məlumatı Donbasda əməliyyat zamanı ələ keçirilən separatçılardan biri verib.
Girov açıqlamasında deyib ki, hazırda bütün terrorçular əleyhqaz və kimyəvi zəhərlənmə əleyhinə vasitələrlə təchiz olunublar. Bundan başqa terroçulara yardım edən yerlilər öz ailələrini də şəhərdən çıxarmağa başlayıblar.
Onun sözlərinə görə, "Ximprom" zavodunun ətrafını sulfat turşusu ilə "minalayıblar". Hər hansı bir təhlükə olarsa dərhal həmin ərazini partladacaqlar. Bundan sonra separatçılar Rusiyaya yerli əhalini Ukrayna hərbçilərindən qorumaq üçün "sülhməramlı ordu" yeridilməsini xahiş edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB