Dünəndən etibarən davam edən qanlı döyüşlərdə əsir düşmüş Donbas batalyonunun döyüşçülərinin dəyişdirilməsi mümkün olmayıb. Ukrayna mediasının məlumatına görə, qarşı tərəf - separatçılar onların hər birini gülləbaran edib.
Səhər saatlarından əsir düşmüş döyüşçülərin dəyişdirilməsinə bir ümid yaranmışdı. Lakin bir neçə saat bundan öncə Donbas batalyonunun komandiri Semyon Semençenko ilə Rusiya əks hərbi kəşfiyyatının (QRU) polkovnik leytenantı İqor Bezlerin telefon danışıqlarından sonra ümidlər alt-üst olub. Separatçıları dəstəkləyən Bezler ultimativ şəkildə əsirləri güllələdiklərini deyib.
Məsələyə münasibəti öyrənilən Semençenko öldürülən ukraynalı əsgərlərin sayına aydınlıq gətirməkdə çətinlik çəkib, sadəcə, bildirib ki, düşmən ordusu üç dəfə çox itki verib. Semçenko sonda əlavə edib ki, düşmən ordusunun sayı həddindən artıq çoxdur. O, seçkilər ərəfəsi ikinci Slavyansk yaşayacaqlarından ehtiyat etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB