Sergey Lavrov Kerrini itkin elan etdi

Sergey Lavrov Kerrini itkin elan etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Con Kerrinin itkin düşdüyünü elan edib. Lavrov Kerri ilə may ayının əvvəlinə kimi demək olar hər gün danışdıqlarını, ancaq son bir neçə həftədə ABŞ Dövlət katibinin itkin düşdüyünü bildirib.

Lavrov onun harada olduğunu, nə etdiyini, səsini belə eşitmədiyini qeyd edib: "Kerrinin harada olduğunu bilmirəm, yəqin bütünlüklə özünü İsrail-Fələstin konfliktinə həsr edib. Oradakı düyünü açmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə