İran “altılıq ölkələri” ilə danışıqların davam etdirilməsini dəstəkləyir
İran Silahlı Qüvvələri "altılıq ölkələri" ilə (BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü və Almaniya) Tehranın "nüvə dosyesi"nə dair danışıqları davam etdirməyi dəstəkləyir. Bu fikri İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan Beynəlxalq təhlükəsizlik üzrə III Moskva konfransında səsləndirib.
O deyib: "Əminəm ki, kütləvi qırğın silahlarına qarşı mübarizə, hər yerdə, xüsusilə, Yaxın Şərqdə onun yayılması üzərində nəzarətin ayrı-seçkilik qoyulmadan təmin edilməsi beynəlxalq qanunların və qaydaların dünya birliyinin üzvləri tərəfindən səmərəli icrasının qarantıdır.
İranın müdafiə naziri demişdir: "Mən İran Silahlı Qüvvələrinin "altılıq ölkələri" ilə danışıqların davam etdirilməsini hərtərəfli dəstəklədiyini bəyan edirəm və BMT TŞ-nin ölkəmizə münasibətdə tətbiq etdiyi sərt sanksiyaların aradan qaldırılmasına, qəbul etdiyi qətnamələrin ləğv edilməsinə tərəfdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB