Pakistan “Taliban” düşərgələrini bombaladı

Pakistan “Taliban” düşərgələrini bombaladı

Pakistanın döyüş təyyarələri terrorçuların Şimali Vəziristan əyalətində yerləşən obyektlərini bombalayıb. Həmin ərazidə xidmət edən və adı açıqlanmayan zabitlərdən birinin verdiyi məlumatda 32 nəfərin öldürüldüyü deyilir.

Hadisə ilə bağlı açıqlama verən "Taliban" liderləri Pakistan Baş naziri Navaz Şərifin razılaşmanı pozduğunu deyib.

Yerli sakinlər də hücumun şahidi olduqlarını bildiriblər. Onlar Pakistan Hərbi Hava Qüvvələrinə məxsus 4 təyyarənin dağların yamaclarını bombaladığını xəbər verib.

Xatırladaq ki, "Taliban"ın yaydığı məlumatda Pakistanın yeni Baş naziri Navaz Şəriflə bu vaxta qədər 4 dəfə görüş keçirildiyi və razılıq əldə olunmadığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə