Cənubi Koreya lideri gəmi faciəsinin bütün məsuliyyətini boynuna götürüb
Cənubi Koreyada baş verən gəmi faciəsindən sonra Dövlət Başçısı Pak Kın He qəzaya vaxtında müdaxilə edə bilməyən Sahil təhlükəsizliyi qurumunu ləğv edəcəyini bildirib. SİA-nın verdiyi xəbərə görə, Pak Kın He qəzanın bütün məsuliyyətini boynuna götürərək gözyaşları içərisində xalqdan üzr istəyib: "Sahil təhlükəsizlik təşkilatı böyüdüldü, ancaq insanlar və dəniz təhlükəsizliyi üçün büdcə kifayət qədər deyildi. Həmçinin xilasedici təhsili mövzusunda da çatışmazlıqlar var idi. Əgər bu sistematik problem həll olunmasa, böyük miqyaslı qəzaların qarşısını almağın mümkün olamayacağını bilirəm".
Xatırladaq ki, ölkənin cənub-qərb sahillərində aprelin 16-da baş verən gəmi qəzasında əksəriyyəti məktəb gəzintisinə çıxan lisey şagirdləri olmaqla təxminən 300 nəfər həyatını itirib. Aparılan axtarış işləri nəticəsində 286 nəfərin cansız bədəni tapılıb, 18 nəfərin cəsədindən isə hələ də xəbər yoxdur.
Gəminin kapitanı daxil olmaqla, 4 nəfər cinayət ittihamı ilə mühakimə olunacaq. Günahkar olduqları sübut olunsa, kapitan və ekipaj üzvlərinə ömürlük həbs cəzası veriləcəyi bildirilib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB