"Yanukoviç həbs olunacaq və ona açıq şəkildə hökm oxunacaq". Bu sözləri Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko canlı yayım zamanı söyləyib.
Onun sözlərinə görə, əvvəlcə keçmiş prezident Baş Prokurorluğa gəlməlidir: "İlk növbədə o, Baş Prokurorluğunun sorğu-sualına gəlməlidir. Yanukoviçə xalq məhkəməsi keçiriləcək və hökm oxunacaq".
Xatırladaq ki, Viktor Yanukoviç mayın 12-də Luqansk və Donetsk bölgələrində keçirilən referenduma şərh bildirmək üçün yenidən üzə çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB