Hindistanda hakim Milli Konqres partiyası parlament seçkilərində səslərin ilkin hesablamasından sonra məğlubiyyətini etiraf edərək müxalifətə keçməyə hazır olduğunu deyib. Qeyri-rəsmi hesablamalara görə, müxalifətdə olan millətçi Bharatiya Janata Partiyası səslərin əksəriyyətini toplamağa müvəffəq olub. Bəzi məntəqələrdə səsvermə başa çatmamış BJP partiyasının tərəfdarları bayram etməyə başlayıblar. "Bu, Hindistan üçün dönüş nöqtəsidir"- deyə, BJP partiyasının liderləri Siddhartha Nat Singh bildirib.
Qanuna görə tək partiyalı hökumət qurmaq üçün 543 yerli parlamentdə 272 yerə nəzarət etmək lazımdır.
Yüksək davamiyyət şəraitində keçən seçkilərə seçicilərin 1984-cü ildən bəri rekord sayılan 66.38 faizi qatılıb.
Qeyd edək ki, 9 mərhələdən ibarət səsvermə prosesi aprelin 7-dən başlayaraq, mayın 12-sinə kimi davam edib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB