Ömrü kömürlə bitənlərin sayı 300-ə çata bilər

Ömrü kömürlə bitənlərin sayı 300-ə çata bilər

"Manisa vilayətində kömür mədənində baş vermiş qəzanın qurbanlarının sayı 300 nəfərə çata bilər". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.

Hazırda dağıntılar altında 18 nəfərin qaldığını dilə gətirən nazir vurğulayıb ki, Türkiyə hökumətin birinci dərəcəli vəzifəsi dağıntılar altında qalmış mədən işçilərinin xilas edilməsidir.

T. Yıldız həmçinin əlavə edib ki, xilasetmə əməliyyatları yaxın vaxtlarda başa çata bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə