Böyük Britaniyanın Müdafiə Nazirliyi GPS sisteminin alternativini işləyib hazırlayır

Böyük Britaniyanın Müdafiə Nazirliyi GPS sisteminin alternativini işləyib hazırlayır

Böyük Britaniyanın Müdafiə Nazirliyi şərti olaraq "kvant kompas" adlandırılan öz naviqasiya sistemini işləyib hazırlayır.

"The Financial Times" qəzetinin verdiyi məlumata görə, qurğunun hazırlanmasına 3-5 il vaxt sərf olunacaq. O, Yerin maqnit sahəsinin subatom effektləri əsasında məkanda tutduğun yeri dəqiq müəyyənləşdirməyə imkan verəcək. Bu barədə "İnterfaks" xəbər verib.

Yeni qurğunun əsas üstünlüyü onun müstəqil işləməsidir.

Amerikanın GPS naviqasiya sistemindən fərqli olaraq kvant kompasın peyklərə, siqnalı təshih edən köməkçi stansiyalara və başqa əlavə avadanlığa ehtiyacı yoxdur.

İşlənib hazırlanması milyonlarla funta başa gələcək bu cihaz ilk növbədə müxtəlif ölkələrin özlərinin Silahlı Qüvvələrində maraq oyadır.

Eyni zamanda alimlər istisna etmirlər ki, sonradan qurğu dinc həyatda da öz tətbiqini tapacaq.

Hazırda GPS ən populyar naviqasiya sistemidir.

Lakin onun yaradıcıları sistemin xarici təsirlərə həssas olduğunu etiraf edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə