Türkiyədə baş verən partlayışda ölənlərin sayı 200-ü keçdi FOTOLAR

Türkiyədə baş verən partlayışda ölənlərin sayı 200-ü keçdi FOTOLAR

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticədə şaxta uçub. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. 80 nəfərin yaralandığını dilə gətirən nazir bildirib ki, 430 nəfər digər insanların axtarışı üçün hadisə yerinə cəlb olunub.

Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Qeyd edək ki, partlayış baş verən an şaxtada 787 insanın olduğu deyilir. Xilasetmə əməliyyatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə