Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun əslən Norveçdən olan general-mayor Kristin Lundu Kiprdə sülhü təmin edən BMT Silahlı Qüvvələrinin komandanı təyin edib.
BMT mətbuat xidmətinin məlumatında deyilir ki, K.Lund belə vəzifəyə təyin edilən ilk qadındır.
General-mayor K.Lund avqustun 13-də bu vəzifədə Çin əsilli general-mayor Çao Liuyu əvəz edəcəkdir. 1974-cü ildən türklərin və yunanların yaşadığı ərazilərə ayrılmış Kiprdə K.Lundun rəhbərliyi altında təqribən min nəfər "mavi dəbilqəli" olacaq.
Bu barədə BMT başçısının mətbuat katibi Stefan Düjarrik məlumat verib.
O bildirib ki, K.Lundun beynəlxalq əməliyyatlarda iştirak sahəsində böyük təcrübəsi var. O, 1991-ci ildə Səudiyyə Ərəbistanında "Səhrada tufan" əməliyyatı zamanı döyüş tapşırıqları yerinə yetirib, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) mənzil-qərargahında xidmət edib.
Kiprdə BMT Silahlı Qüvvələri ilk əvvəl 1964-cü ildə - Kiprin türk və yunan mənşəli icmaları arasında yeni toqquşmaların qarşısını almaq məqsədi ilə Təhlükəsizlik Şurası (TŞ) tərəfindən yaradılıb. 1974-cü ildə döyüş əməliyyatlarından sonra TŞ sülhməramlı qüvvələrin öhdəsinə əlavə funksiyalar qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB