Özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyagin Referendum iştirakçılarının 89 %-dən çoxunun Ukraynanın Donetsk regionunun dövlət müstəqilliyinin lehinə səs verdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səsvermə ilə bağlı mətbuat konfransı keçirən Lyagin söyləyib ki, Referendumun əleyhinə səs verən insanlar nisbətən az olduğu üçün bülletenləri saymaq asan olub: "Biz hesablamanı kifayət qədər operativ və tez aparmağa nail olduq. Referendumdan sonra Donetsk Ukraynanın tərkibində qalacaq. Biz sadəcə öz müqəddəratımızı müəyyən etmək hüququmuzun olduğunu bəyan etmək istəyirik. Donetskin statusunda tamamilə heç nə dəyişməyəcək. Biz Ukraynanın hissəsi olmağı dayandırmayacağıq, Rusiyanın parçası olmayacağıq, biz sadəcə öz regionumuzun taleyini özümüz həll etmək istəyirik".
Avropa İttifaqı "müstəqillik haqda referendum" adlanan səsvermənin nəticələrini tanımaq niyyətində deyil. Bundan əvvəl ABŞ təmsilçiləri də səsvermənin nəticələrini tanımayacağı barədə açıqlama vermişdi.
Kiyev hakimiyyəti isə bəyan edib ki, "referendumda" iştirak edən və onun təşkilində əli olan məmurlar Ukrayna qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Ukrayna Xarici İşlər Nazirliyi ölkənin şərqində keçirilən "referendumun"un hüquqi əhəmiyyəti olmadığı və onun nəticələrinin Ukraynanın ərazi bütövlüyü və quruluşu üçün heç bir nəticəsi olmayacağı barədə bəyanat yayıb.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB