“Əl-Qaidə”nin iki üzvü həbs edilib

“Əl-Qaidə”nin iki üzvü həbs edilib

Yəmən təhlükəsizlik qüvvələri dünyanın bir nömrəli terror təşkilatı hesab olunan "Əl-Qaidə"nın iki fransalı üzvünü həbs edib.

Fransanın xarici işlər naziri bu faktı təsdiqləsə də, həbs olunanlar barəsində əlavə məlumat verməkdən imtina edib.

Fransa vətəndaşları Yəməni tərk etmək istərkən hava limanında yaxalanıblar.

Tunis mənşəli Fransa vətəndaşlarının Yəmənin Hadramut əyalətində terror aktlarının törədilməsində və hərbi birləşmələrlə döyüşlərdə fəal iştirak etdikləri bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə