Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Herford şəhərinin mərkəzi küçəsində bu ölkənin yerli sakinlərini və qonaqları Azərbaycanla yaxından tanış etmək məqsədilə infostend təşkil edib. SİA-nın məlumatına görə, stenddə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, coğrafiyasını, təbii resurslarını əks etdirən fotoalbomlar, kitablar, atributlar sərgilənib. Sərgidə əsas diqqət XX əsrin əvvəllərindən başlayaraq erməni silahlı qüvvələri və bolşeviklər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar, eləcə də Xocalı soyqırımı haqqında məlumatların alman ictimaiyyətinə çatdırılmasına yönəldilib.
Bununla da sərginin təşkilatçıları terrorçu Ermənistanın qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına qismən nail olublar.
Qeyd edək ki, Bielefeld NRW Alman-Azərbaycan Cəmiyyəti mayın sonunadək Bielefelddə, sonra isə Almaniyanın NRW Federal Əyalətinin müxtəlif şəhərlərində infostendlərin təşkilini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB