Cənubi Sudanda sülh müqaviləsində razılığa gəlinib

Cənubi Sudanda sülh müqaviləsində razılığa gəlinib

Cənubi Sudan prezidenti Salva Kiir və üsyançılarln lideri Riek Machar beş ay davam edən münaqişədən sonra sülh sazişi razılığına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, razılaşmada atəşkəsin əldə olunması, yeni konstitusiyanın hazırlanması və yeni seçkilərin keçirilməsi öz əksini tapıb.

ABŞ dövlət katibi Con Kerri müqavilənin "Cənubi Sudanın gələcəyi üçün bir sıçrayış olacağını qeyd edib. Münaqişə tərəflərinin bir araya gəlməsində instrumental rol oynamış ABŞ katibi "Uzun yolda çətin səyahət indi başlayır və bu iş davam etməlidir" deyə sözlərinə əlavə edib.

Xatırladaq ki, Cənubi Sudanda hökümət və üsyançılar arsındakı münaqişələrdə minlərlə insan ölüb və milyonlarla insan evsiz qalıb.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə