Ermənilər "parada" rus dilində hazırlaşırlar

Levon Barseqyan: “Bu, rüsvayçılıqdır”
Ermənilər "parada" rus dilində hazırlaşırlar

"Erməni polkovnikinin erməni generalına xitabı və generalın da polkovnikə əmrləri rus dilində səsləndirilir. Bu, rüsvayçılıqdır". SİA erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən fikirləri Gümrü Jurnalistlər Klubunun sədri Levon Barseqyan Gümrü şəhərində keçiriləcək hərbi parada erməni dilində deyil, rus dilində hazırlıq görülməsinə münasibətini açıqlayarkən deyib. Onun fikrincə, bu parad hərbi gücün nümayişindən daha çox, totalitarçılıq təsiri bağışlayır.

"Bu vasitə ilə Rusiya hakimiyyəti öz dövlətçilik maraqlarını Ermənistanın dəyərsizliyi üzərində qoruyur"-deyə bildirən jurnalistlər klubunun sədri onu da qeyd edib ki, paradın əcnəbi dildə keçirilməməsi üçün daha öncədən alternativ variant tapmaq lazım idi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə