Portuqaliya Avropa Sabitləşdirmə Mexanizminin (ESM) yardımından imtina etdikdən sonra keçid dövrü üçün kömək istəmək niyyətində deyildir. Bu qərarı Portuqaliyanın Baş naziri Pedru Pasuş Koelyo açıqlayıb. O deyib ki, Portuqaliya 2014-cü ilin may ayının ortalarından ESM-dən tamamilə imtina etmək niyyətindədir.
Lakin hökumət dünya maliyyə bazarlarında Portuqaliyanın mövqeyini möhkəmləndirmək üçün kredit xətti açmaq xahişi ilə beynəlxalq sponsorlara müraciət etmək imkanlarını nəzərdən keçirir.
Xatırladaq ki, ciddi problemlərlə üzləşən Portuqaliya 2011-ci ildə Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan 78 milyard avro kredit alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB