Əfqanıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 2000-ə çatıb

Əfqanıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 2000-ə çatıb

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində baş verən sel daşqınlarında ölənlərin sayı 2000-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vilayət bələdiyyəsinin sədri Şah Veliullah Adib torpağın altında qalan təbii fəlakət qurbanları üçün dua edildiyini və ərazinin kütləvi məzarlığa çevrildiyini deyib.

Onun sözlərinə görə, xilasedici texnika hələ də əraziyə yaxınlaşa bilməyib: "Həm palçıq, həm də yağmaqda davam edən güclü yağış xilasetmə işlərini çətinləşdirir. Sel daşqınlarının dağı kəndin üzərinə uçurması nəticəsində dağıntıların hündürlüyü bəzi yerlərdə 100 metrə çatır".

Bütün xəbərlər Facebook səhifəmizdə