Rəsmi Moskva: "Rusiya tərəfdarlarının silahdan “əlçəkməsi” mümkünsüzdür"

Rəsmi Moskva: "Rusiya tərəfdarlarının silahdan “əlçəkməsi” mümkünsüzdür"

Ötən gün Ukraynada baş verən hadisədə ölənlərlə bağlı ən sərt reaksiya Rusiyadan verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, bu gündən etibarən Rusiya Kiyevdəki Rusiya tərəfdarlarına təsir qüvvəsini itirib.

Onun sözlərinə görə, həyatı təhlükədə olan insanların silahdan "əlçəkməsi" mümkünsüzdür: "Dünən Odessa şəhərində Kiyev və Moskva tərəfdarları arasında yaşanan qarşıdurmada 150-yə yaxın Rusiya tərəfdarının olduğu binanın yandırılması zamanı ən az 42 nəfər ölüb. İlkin məlumatlara əsasən, onlardan 30 nəfəri yanğın zamanı karbonmonoksitdən zəhərlənmə nəticəsində, səkkiz Rusiya tərəfdarı isə yanğından qaçmaq məqsədilə binanın yüksək mərtəbələrindən özünü ataraq ölüb. Bu hadisədən sonra Rusiyanın Kiyevdəki tərəfdarı silahı əllərindən buraxmazlar, bu qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə