Avropa Sabitlik Mexanizminin (EMC) kapitalı artaraq 80 milyard avroya çatıb ki, bu da bir beynəlxalq təsisatın sərəncamında olan ən böyük vəsaitdir.Bu barədə EMC-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata, EMC-nin kapitalı avrozona dövlətlərinin 15,7 milyard avro məbləğində beşinci və sonuncu tranşı hesabına artıb.
Mətbuat üçün məlumatda deyilir ki, kapitallaşdırmanın bugünkü səviyyəsi avrozonanın başlıca " antiböhran silahı" olan EMC-yə dövlət borclarını maliyyələşdirmək üçün sərfəli şərtlərlə veksel və istiqrazlar vermək imkanı yaradır.
EMC-nin icraçı direktoru Klaus Reqlinqin sözlərinə görə, onun başçılıq etdiyi maliyyə təsisatı bundan sonra 500 milyard avro borc vermək iqtidarındadır.
EMC 2012-ci ilin mayında avrozona dövlətləri tərəfindən yaradılıb.
Onun vəzifəsi avronun və vahid Avropa valyutasına keçmiş ölkələrin maliyyə sabitliyini təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB