Obama və Merkel Rusiyanı yeni sanksiyalarla təhdid edib

Obama və Merkel Rusiyanı yeni sanksiyalarla təhdid edib

ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Anqela Merkel Rusiyanı yeni, iqtisadiyyatın daha geniş sahələrini əhatə edən sanksiyalarla təhdid edib. Bunu Obama və Merkel Ağ Evdə keçirilən birgə mətbuat konfransında bəyan ediblər.

"Biz hazırkı Ukrayna hökumətini dəstəkləyirik və seçkilərin mayın 25-də baş tutacağına ümid edirik", - deyə Merkel bildirib.

Öz növbəsində, Obama bəyan edib ki, Slavyanska girov saxlanılan ATƏT müşahidəçilərinin azadlığa buraxılması üçün Rusiya özünün təsir vasitələrindən istifadə etməlidir.

"Ukrayna hökumətin ölkənin şərqində qayda-qanunu bərpa etmə haqqı var", - deyə Obama vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə