Şalva Natelaşvili Gürcüstan Leyboristlər partiyasının sədri vəzifəsindən istefa verib
Şalva Natelaşvili Gürcüstan Leyboristlər partiyasının sədri vəzifəsindən istefa verib.
Yaxın günlərdə məlum olacaq ki, kim ondan sonra partiyaya rəhbərlik edəcək.
Leyboristlər Tbilisidə cümə günü qurultay keçiriblər. Natelaşvili orada çıxış edib, yerli seçkilərin əhəmiyyəti və partiyanın gələcək planları barədə danışıb.
"Bizim partiyanın hakimiyyətə gəlmək üçün mənəvi hüququ var. Biz iyunun 15-də keçiriləcək yerli seçkilərdə qalib gəlməliyik", - Şalva Natelaşvili bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB