Malayziya hökuməti Malayziya Hava Yollarına məxsus itmiş sərnişin təyyarəsi haqqında ilkin hesabat dərc edib.
Xəbər verdiyimiz kimi, Kuala-Lumpurdan Pekinə uçan "Boeng 777-200" sərnişin təyyarəsi martın 8-də radarların ekranlarından yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Mayın 1-də Malayziya hökuməti hadisə ilə əlaqədar ilk ətraflı hesabat dərc edib. Sənəddə təyyarənin Cənub-Çin dənizi üzərində yoxa çıxanadək uçuş parametrləri qeyd edilib, həmçinin axtarış-xilasetmə əməliyyatları nəticəsində indiyədək əldə edilmiş tapıntılar sadalanıb.
Hesabatda ilk dəfə təyyarəçilərin kabinəsi ilə dispetçer məntəqəsi arasında danışıqlar da öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB