Litva “Şərq tərəfdaşlığı” proqramında daha fəal iştirak etmək istəyir

Litva “Şərq tərəfdaşlığı” proqramında daha fəal iştirak etmək istəyir

Litva Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakını fəallaşdıracaq, Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqı ilə assosiasiya çərçivəsində zəruri islahatlar keçirməsinə kömək edəcəkdir. Baltikyanı ölkənin hökuməti bu qərarı çərşənbə günü qəbul edib.

Litvanın baş naziri Algirdas Butkyaviçyus deyib: "Litvanın hakimiyyət orqanları assosiasiya barədə gələcək müqavilələrin həyata keçirilməsinə birinci dərəcəli əhəmiyyət verəcəkdir".

Baş nazir fikrini dəqiqləşdirərək əlavə edib: "Bu məqsədlə Ukrayna, Gürcüstan və Moldovanın hakimiyyət təsisatlarına göndəriləcək litvalı ekspertlər "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları olan bu dövlətlərin milli qanunvericiliyini Aİ-nin assosiasiya haqda direktivlərindən irəli gələn razılaşmalara uyğunlaşdıracaq, Litvanın Aİ-yə daxil olmağa hazırlıq dövründə topladığı təcrübəsini onlarla bölüşəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə