Suriyada ötən gün Bəşər Əsəd ordusunu təşkil etdiyi hərbi əməliyyatlarda 92 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı ( SNHR ) məlumat yayıb.
Məlumata əsasən, Əsəd rejimin daxili qoşunlarının və hərbi hava qüvvələrinin hücumları nəticəsində Hələbdə 50, Derada 15, paytaxt Dəməşqdə 10, İdlibdə 7, Həmada 5, Həmasda və Kuneytrada 2, Deyruz Zorda 1 nəfər olmaqla 92 suriyalı ölüb.
Bundan başqa, şəhərlərə atılan balistik mərmilər nəticəsində çox sayda insan yaralanıb, 200-ə yaxın obyekt yararsız hala düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB