Türkiyədə yürüş zamanı 142 nəfər həbs edilib

Türkiyədə yürüş zamanı 142 nəfər həbs edilib

İstanbulda və Ankarada 1 May yürüşlərinin polislərə qarşı təxribatda ittiham olunan 142 iştirakçısı həbs edilib. SİA bu barədə türk mətbuatına istinadən xəbər verir.

Belə ki, dünən Türkiyənin bir sıra şəhərlərində 1 May yürüşləri keçirilib. May yürüşləri zamanı polislərlə yürüş iştirakçıları arasında baş vermiş toqquşmalar nəticəsində 90 nəfər, o cümlədən 13 polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd edilir. Bu bayram 32 il ərzində qadağan olunsa da, Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) bu yürüşə qoyulan qadağanı 2010-cu ilin aprelində ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə