İordaniyanın xarici işlər naziri Naser Cudanın və daxili işlər naziri Hüseyn əl-Macalinin iştirakı ilə Suriyadan olan 130 min qaçqın üçün "Əzrək" adlı yeni düşərgə açılıb. Əmmanın 100 kilometrliyində və Suriya-İordaniya sərhədinin 90 kilometrliyində yerləşən düşərgənin tikintisinə 45 milyon dollar xərclənib.
İordaniyanın xarici işlər naziri deyib: "Bu, Zaataridən sonra İordaniyada ikinci, dünyada üçüncü ən böyük düşərgədir".
Onun sözlərinə görə, İordaniya düşərgələrində qeydiyyata alınmış qaçqınların sayı 600 min nəfərdir, 700 mindən çox suriyalı qaçqın isə düşərgələrdən kənarda yerləşir. N.Cuda İordaniyanın Suriya böhranının siyasi yolla tənzimlənməsini dəstəkləyən mövqeyini təsdiq edib. O, beynəlxalq birliyə müraciət edərək, onu humanitar missiyanın yerinə yetirilməsində İordaniyada kömək etməyə çağırıb, çünki çoxlu sayda qaçqının saxlanılması ölkə iqtisadiyyatına ağır yükdür.
Nazir deyib: "Qaçqınların layiqli yaşayışı üçün zəruri olan hər şeylə təchiz edilmiş müasir qaçqınlar düşərgəsinin açılması ehtiyacı olan yüz minlərlə insana sığınacaq verilməsində Kral II Abdullanın rəhbərliyi altında İordaniya Haşimilər Krallığının xoş məramını nümayiş etdirir.
BMT-nin məlumatına görə, Livan, İordaniya, Türkiyə, İraq və Misirdə suriyalı qaçqınların sayı 2,6 milyon nəfəri ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB