1 May bayramı Türkiyədə müxtəlif formalarda qeyd olunub

1 May bayramı Türkiyədə müxtəlif formalarda qeyd olunub

1 May – Beynəlxalq Əməkçi Günü münasibətilə Türkiyədə müxtəlif formalı tədbirlər keçirilib.

KİV vasitəsilə əhaliyə müraciət edən ölkə rəhbərliyi bütün mitinq və mərasim iştirakçılarını qanundankənar hərəkətlərə yol verməməyə səsləyib.

Aprelin 28-dən başlayaq 1 May tədbirlərinin keçirilməsi ilə bağlı ayrılmış yerlər barədə məlumatlar verilib. Buna baxmayaraq, xüsusilə böyük şəhərlərdə əmək hüquqlarına aid müxtəlif şüarlarla küçələrə çıxan bəzi qruplar icazə verilməyən yerlərdə mitinqlər keçirməyə cəhdlər ediblər. Bəzi yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmağa səy göstərilib.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polis qanunsuz hərəkətlərə yol verənlərə qarşı tədbirlər həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə