Bu gün səhər İstanbulda 1 May yürüşü zamanı təxribat törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulda keçirilən əməliyyat axtarış nəticəsində odlu silah götürülüb.
Xatırladaq ki, Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününün qeyd edilməsi 32 il ərzində qadağan olunsa da, 2014-cü ilin aprelində Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən qoyulan qadağa ləğv olunub.
Lakin hakim Partiya bu yürüşünün Taksim meydanında keçirilməyəcəyi barədə fikrini açıqlayaraq yürüş zamanı bir çox təxribat halları baş verəcəyinin istisna olmadığını qeyd edib.
Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB