Avropa Komissiyasının sədri Joze Manuel Barrosonun səlahiyyət müddəti başa çatmaq üzrədir. May ayında Avropa komissiyasının yeni sədrinin seçkisi keçiriləcək. Avropanın aparıcı siyasi partiyaları bu vəzifəyə öz namizədlərini irəli sürüblər.
Fransanın və Almaniyanın Yaşıllar Partiyasından iki nəfərin Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyi qeydə alınıb. Bunlar Fransanın kənd təsərrüfatı və həmkarlar təşkilatlarının kəndli şurasının mətbuat xidmətinin keçmiş rəhbəri Joze Bove və almaniyalı 32 yaşlı xanım Franziska Kellerdir.
Avropa Xalq Partiyası Lüksemburqun keçmiş baş naziri Jan-Klod Yunkerin, Avropa Sosialistlər Partiyası Avropa İttifaqının deputatı, 2012-ci ildə Avropa Parlamentinə rəhbərlik etmiş almaniyalı Martin Şulsun, Sağ Avropa Partiyası yunanıstanlı Aleksis Tsiprasın, Avropa Naminə Demokratlar və Liberallar Alyansı isə Belçikanın sabiq baş naziri, Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləmiş Gi Verhofstadın namizədliyini irəli sürülüb.
Bəzi müşahidəçilərin fikrincə Avropa Komissiyasının sədri postuna ən yaxşı namizəd Jan-Klod-Yunkerdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB