Con Kerri: "Ukrayna hadisələri NATO üzvləri üçün “xəbərdarlıq”dır"

Con Kerri: "Ukrayna hadisələri NATO üzvləri üçün “xəbərdarlıq”dır"

"Ukrayna hadisələri NATO üzvləri üçün "xəbərdarlıq"dır". SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr məhz Rusiyanın adı ilə bağlıdır: "Rusiyanın Ukraynada törətdiyi hadisələr Putinin fərqli qaydalarla "oynadığını" göstərdi. Rusiya Krımı işğal etməklə və Şərqi Ukraynada bir sıra hadisələrin baş verməsinə səbəb olmaqla, Şərqi və Orta Avropanın təhlükəsizliyini şübhə altında qoydu. Birlikdə NATO torpaqlarının toxunulmaz olduğunu Kremlə çox açıq şəkildə göstərməliyik. ABŞ NATO müqaviləsinin 5-ci maddəsini rəhbər tutaraq birməna şəkildə NATO torpaqlarının hər qarışını müdafiə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə