Pasport fotoşəkilləri avtomatik tanınacaq Britaniyada

Pasport fotoşəkilləri avtomatik tanınacaq Britaniyada

Böyük Britaniya Pasport Xidməti pasport sahibinin sifətinin pasportdakı fotoşəkli ilə avtomatik müqayisəsi üçün insanların avtomatik tanınması sisteminin hazırlanmasına dair "Unisys" şirkəti ilə saziş imzalayıb.

Sistem ümum vətəndaşlıq pasportu almaq üçün müraciət edilən zaman şəxsiyyət vəsiqəsindəki fotonu real insanla avtomatik tutuşdurmağa imkan verəcək. Britaniyada bu mərhələ xaricə getmək üçün sənədlərin rəsmiləşdirilməsində müsahibə proseduruna daxildir.

Fotoşəklin tutuşdurulması müraciət edən şəxsin müraciət etməzdən əvvəl xaricə başqa adla getmək məqsədilə xarici görünüşünü dəyişmədiyini təsdiq etmək məqsədi daşıyır. Beləliklə, ümum vətəndaşlıq pasportunu başqa ada rəsmiləşdirmək üçün cinayətkar ilk öncə daxili sənədi saxtalaşdırmalı olacaq.

Müəyyən hallarda (məsələn, insanın ilk dəfə müraciət etməsi və ya daxili pasportu alandan sonra xarici görünüşünün çox dəyişməsi) müraciət edən şəxsin xarici görünüşü daxili pasportdakı fotoşəkillə müqayisə edilməklə yanaşı, bilavasitə həmin şəxslə tanışlığı olan insanın imzası ilə təsdiq edilir (сountersigning proseduru).

İnsanların avtomatik tanınması sistemi pasport xidməti əməkdaşlarına müraciət edənin sifəti ilə milli pasportdakı foto şəklin vizual müqayisəsinə vaxt sərf etməməyə imkan verəcək. Bu, hazırda yarım saat davam edən müsahibə prosedurunu bir qədər sürətləndirməyə şərait yaradacaq.

Sistem 5 il ərzində "Unisys" şirkətinin Britaniya bölməsi tərəfindən işlənərək tətbiq ediləcək.

Qeyd edək ki, biometrik texnologiyalara son vaxtlar sərhəd yoxlanışlarında rahatlıq və təhlükəsizlik üçün tələbat artıb. İlk növbədə bu, insan haqqında biometrik informasiyanın olduğu ümum vətəndaşlıq pasportları və sərhəd məntəqələrində (məsələn, aeroportlarda) quraşdırılan məlumatların oxunması sistemlərinə şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə