"1915-ci il hadisələrini siyasiləşdirən millətlər hər şeyə hazır olmalıdırlar". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin Ermənistana doğru addım atdığını dilə gətirən baş nazir Ermənistanın bundan sonra anlayışlı olacağına və tarixi ilə üzləşməyə cəsarət edəcəyinə ümidvar olduğunu qeyd edib: "Tarixin əsiri olan millətlər öz gələcəklərini yaza bilməzlər: "Türkiyə böyük dövlətdir və öz tarixindən əsla qorxmur. Biz dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılmasını tələb etdik və öz arxivlərimizi açdıq".
Hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülən barəsində danışan Ərdoğan vurğulayıb ki, Gülənlə bağlı hüquqi prosedura başlanılacaq: "F.Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək: "Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan F.Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB