Bəşər Əsəd Suriyada keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Suriya Xalq Məclisinin sədri Məhəmməd Cihad Lahham bildirib.
Onun sözlərinə görə, Əsəd seçkilərdə namizəd olmaq üçün Suriya Seçki Komissiyasına müraciət edib.
Qeyd edək ki, cari ildə Suriyada keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak etmək üçün ilk olaraq ölkənin İnkişaf və Qurtuluş partiyasından millət vəkili seçilən Mahir Abdülhafız Haccar müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB