ABŞ-da qasırğa 17 nəfərin həyatına son qoydu

ABŞ-da qasırğa 17 nəfərin həyatına son qoydu

ABŞ-ın Arkanzas və Oklahoma əyalətlərində baş verən güclü qasırğa 17 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qasırğa həmçinin, Nebraska, Kansas, Iova və Missouri ştatlarına da təsir edib.

Rəsmilər Quapau şəhərinə ciddi ziyan dəydiyini, 6 nəfərin yaralandığını açıqlayıblar. Ottava əyalətinin Təcili Yardım xidmətinin direktoru Jo Dan Morqanın sözlərinə görə, şəhər çox ciddi ziyan görüb, həmçinin yanğınsöndürmə binasına da ziyan dəyib.

Şəhər sakinləri tərəfindən göstərilən təbii fəlakətin fotoşəkilləri Twitter sosial şəbəkəsində paylanılıb.

Arkanzas qasırğası 65 kilometrlik ərazini dağıdıb. Axtarış-xilasetmə qrupları qasırğanın ziyan vurduğu evlərin dağıntılarında axtarış işlərini davam etdirir.

Qeyd edək ki, keçən ilin May ayında Oklahoma Citidə baş verən qasırğada onlarla adam həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə