"Rusiya Krımı ilhaq etdikdən sonra Vladimir Putinlə Barak Obama arasında mütəmadi telefon danışıqları olub. Ancaq indi Putin ABŞ prezidenti ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib". SİA-nın məlumatına görə, bu barədə "The Daily Beast" nəşri Rusiyada hakimiyyətinə yaxın olan diplomatik mənbələrə istinadən yazıb. Nəşrdə qeyd edilib ki, Rusiya prezidenti Barak Obamanın təzyiqi altında diplomatik danışıqlar aparmaq niyyətində deyil: "Belə ki, Rusiyanın Müasir İnkişaf İnstitunun direktoru, baş nazir Dmitri Medvedevə yaxın adamlarından olan İqor Yurgens də istisna etməyib ki, diplomatik münasibətlərin pozulması bu dəfə daha uzun müddətli ola bilər".
Bu arada ABŞ Dövlət Departamentinin rəsmisi Cen Paski bəyan edib ki, ABŞ Rusiya ilə danışıqların davamlı olmasında maraqlıdır və Rusiya tərəfindən sözügedən məsələ ilə bağlı hər hansı rəsmi məlumat daxil olmayıb – deyə "The Daily Beast" nəşri yazıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB