Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları ATƏT nümayəndələri və ukraynalı zabitləri saxlayıblar. Bunu Slavyansk şəhərinin qondarma "xalq meri" Vyaçeslav Ponomaryov bəyan edib.
Onun sözlərinə görə, şəhərin blok-postlarının birində yerli könüllülər ATƏT nümayəndələri və Ukrayna baş qərargahının zabitlərini daşıyan mikroavtobusu saxlayıblar.
Bundan əvvəl Ukrayna XİN-i Donetsk vilayətindəki ATƏT missiyası ilə əlaqənin itdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB