İranda qaz da bahalaşdı

İranda maye qazın qiyməti də bahalaşıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu gündən İranda maye qazın 1 litri 0.21$ deyil, 25$ olacaq. Bu da qazın qiymətinin 20 faiz artması deməkdir.

İranda aylıq norma qazolinin də qiyməti 66% artıb. Artıq əlavə qazolin almaq istəyənlər isə 0,14$ deyil, 0,20$ sent ödəməli olacaqlar.

Xatırladaq ki, İran hökuməti benzinə görə də dövlət subsidiyalarını ləğv edib. Bu səbəbdən yerli vaxtla gecə saat 00.00-da yanacaq-doldurma məntəqələrində 1 litr benzinin qiyməti 75 faiz artaraq 16 ABŞ sentindən 28 sentədək qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə