Ukraynanın şərqində antiterror əməliyyatının dayandırılması haqqında məlumatlar əsassızdır. SİA bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakovun "Facebook" səhifəsinə istinadən xəbər verir.
Onun sözlərinə görə, əməliyyat davam edir: "Terrorçuları hər an təhlükə gözləyir. Dinc sakinlər heç nədən qorxmasın. Antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Biz yalnız silahlı terrorçulara qarşı güc tətbiq edirik. Antiterror əməliyyatına siyasi partiyalar, ictimai təşkilatlar və birliklər cəlb edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB