Slavyanskda hərbi əməliyyat başa çatıb

Slavyanskda hərbi əməliyyat başa çatıb

Ukraynanın Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlıları tərəfindən Donetsk vilayətinin Slavyansk şəhərində başladılan antiterror əməliyyatı başa çatıb. SİA Ukraynanın censor.net saytına istinadən xəbər verir ki, əməliyyat nəticəsində rusiyameylli qanunsuz silahlı qruplaşmalar tərəfindən qurulan 3 blokpost ələ keçirilib. Silahlı qarşıdurma nəticəsində 5 silahlı məhv edilib. Ukrayna hərbi qulluqçularından isə bir nəfər başından güllə yarası alaraq, hərbi hospitala yerləşdirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə