KTMT NATO ilə əlaqələrin qurulması üzrə səylərini dayandıracaq

KTMT NATO ilə əlaqələrin qurulması üzrə səylərini dayandıracaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynadakı mövcud vəziyyətlə əlaqədar NATO ilə əlaqələrin qurulması üzrə səylərini dayandıracaq. SİA-nın xəbərinə görə, bu barədə KTMT-ın baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, KTMT bundan sonra Asiya-Sakit okean regionunun, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə yanaşı Çin və İranla əməkdaşlığını gücləndirəcək: " Çinlə çağırışlara və təhlükələrə qarşı, İranla isə narkotiklərlə mübarizə üzrə əməkdaşlığımızı gücləndirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə