Ukraynada 25 təxribatçı tutulub

Ukraynada 25 təxribatçı tutulub

"Ukraynada 25 nəfər təxribatçı qrup üzvü tutulub". SİA-nın məlumatına görə, bu barədə ölkədə yayımlanan "Şuster Live" telekanalına müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş rəhbəri İqor Smeşko xəbər verib. Onun sözlərinə görə, tutulanlar Rusiya Kəşfiyyat İdarəsi (RKİ) nəzdində fəaliyyət göstərən Baş Qərargahın xüsusi hərbi hazırlıq keçmiş zabitləridir.

"Əgər UTX bu barədə rəsmi məlumat yayıbsa və zabitlərin cinayət əməlləri sübuta yetirilərsə, onda bu məlumat çox ciddi agentura mənbələrinin apardığı yüksək keyfiyyətli işin nəticəsidir" -deyə, sabiq UTX rəhbəri açıqlamasında qeyd edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə