"Hələlik biz hazırkı vəziyyətdə onların (Rusiyanın) Cenevrə razılaşmasına əməl etməyinin şahidi olmamışıq". SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Sindzo Abe ilə ikitərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib. Yaponiya mətbuatı məlumat verir ki, ABŞ prezidenti Rusiyaya qarşı növbəti sanksiyaları tədbiq etmək üçün hazır vəziyyətdə olduqlarını buldirib. Lakin ABŞ Ukrayna böhranının həll edilməsi istiqamətində diplomatik tədbirlərini davam etdirmək niyyətindədir.
Yaponiyanın baş naziri də öz növbəsində bəyan edib ki, Tokio və Vaşinqton Ukraynada gücün tədbiq olunmasının və status-kvonun dəyişdirilməsinin əleyhinədirlər.
Xatırladaq ki, aprelin 17-də Cenevrədə Ukrayna, Rusiya, ABŞ və Aİ arasında Ukraynadakı böhranla bağlı razılaşma əldə edilib. Razılaşmaya əsasən, ölkədə konstitusion islahatların aparılması, milli barışığın əldə edilməsi istiqamətində qərar qəbul edilib. Qərb və ABŞ isə Rusiyanın Cenevrə danışıqlarının nəticələrinə sadiq qalmadığını iddia edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB