Cənubi Koreyada batan gəmidə 150 nəfərin öldüyü rəsmi şəkildə təsdiqlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə rəsmiləri bir o qədər insanın da itkin düşdüyünü bildiriblər.
Xilasedicilər batmış gəmidə fasiləsiz fəaliyyət göstərirlər. Artıq onlar gəminin ən çox sərnişinin olduğu üçüncü və dördüncü göyərtəsinə çata biliblər. Bərənin batmasının səbəbləri hələ də sirr olaraq qalır. Gəmi aşaraq iki saat müddətində batıb. Ekipajın 7 üzvü həbs olunub.
Ölkə rəsmilər bərənin qaldırılmasına dair əməliyyatlara aprelin 24-də başlayacaqlarına söz veriblər.
Xatırladaq ki, batan gəmidə 476 sərnişin olub. Onlardan 340 nəfəri orta məktəbin şagird və müəllim heyəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB